Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu Pavel Durova qarşı terrorçuluq fəaliyyətinə yardım ittihamı irəli sürüldüyünü və onun beynəlxalq axtarışa verildiyini açıqlayıb.
FSB-nin iddiasına görə, Telegram administrasiyası Ukrayna xüsusi xidmət orqanlarının diversiya və terror fəaliyyətləri, eləcə də kiberdələduzluq üçün istifadə etdiyini bildirdiyi kanal, çat və botları silməyib. Qurum bu fəaliyyətlərin insan tələfatına və böyük maddi ziyana səbəb olduğunu iddia edir.
Pavel Durova qarşı ittiham Rusiyanın Cinayət Məcəlləsinin terrorçuluq fəaliyyətinə yardım maddəsi üzrə irəli sürülüb. Bu qərarla o, beynəlxalq axtarışa elan edilib.
Hazırda nə Pavel Durov, nə də Telegram şirkəti Rusiya hakimiyyətinin qərarı ilə bağlı rəsmi açıqlama verməyib. Telegram-ın aylıq aktiv istifadəçi sayı 1 milyardı ötür.
