Az | EN

Azərbaycanlı gənc NASA-da xəta tapıb

Cəmil Hüseynzadə
29 Yanvar 2023 15:22
4529 baxış
Azərbaycanlı gənc NASA-da xəta tapıb

Azərbaycanlı gənc Hüseyn Qadaşov National Aeronautics and Space Administration (NASA) saytında xəta aşkarlayıb. Xətanı rəsmi şəkildə NASA-ya bildirən Hüseyn bəy təsdiq geridönüşü almışdır. Sözügedən qurum bundan sonra xətanı aradan qaldırmışdır. Tapılan boşluqda saytın error mesajindan sonra həssas məlumatlar əks olunurdu. Həmin məlumatlarda SQL bazası, server və drayver haqqında məlumatlar əks olunmuşdu. Bu boşluq daxilində yerləşən məlumatlar gələcəkdə bəd niyyətli istifadəçilər tərəfindən istifadə edilərək infrastrukturlar və serverlərə qarşı hücumlar törədə bilərdilər.

Hüseyn Qadaşov Kiber Təhlükəsizlik Platformasının kiçik təlimçisi, Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsidir.

© copyright 2022 | tech.az | info@tech.az