Az | EN

Azərbaycanlı istifadəçilər arasında ən populyar sosial şəbəkə açıqlanıb

Bənövşə Kazımova
07 Mart 2023 15:08
1752 baxış
Azərbaycanlı istifadəçilər arasında ən populyar sosial şəbəkə açıqlanıb

2023-cü ilin fevral ayında ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkələr açıqlanıb. Belə ki, ilk sırada yer alan “Facebook” sosial şəbəkəsində azərbaycanlı istifadəçilərin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq 28,54 faizə düşüb.

Bu barədə Global Stats Statistika Mərkəzi məlumat verib. Verilən məlumatlara görə, siyahının ikinci pilləsində “Instagram” yer alıb. Onun payı 1,35 faiz artaraq 24,48 faizə çatıb. Üçüncü yerdə 23,49 faizlə “YouTube” gəlir (2,01 faiz artım). Dördüncü pillədə isə “Pinterest” sosial şəbəkəsi qərarlaşıb. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq 12,95 faizə düşüb.

“Twitter” platforması ay ərzində 0,33% azalaraq 7,73 faizə düşüb və ölkəmizin sosial şəbəkə bazarında populyarlığına görə beşinci yer tutub.  Reytinqdə altıncı yeri 0,8 faiz göstərici ilə “Linkedin” tutub.

Qeyd edək ki, digər sosial şəbəkələrin payı isə 2,02 faiz təşkil edib.

© copyright 2022 | tech.az | info@tech.az