Stepan Paçikov 1950-ci ildə Azərbaycan;n Oğuz rayonunda dünyaya gəlib. O, erkən yaşlarından elmə və texnologiyaya böyük maraq göstərib.
1989-cu ildə Stepan Paçikov ParaGraph International adlı startapı təsis edib. Bu startap Apple ilə əməkdaşlıq edərək Apple Newton üçün əl yazısı tanıma texnologiyasını yaradıb. Newton o dövrün ən qabaqcıl şəxsi rəqəmsal köməkçilərindən biri idi və Paçikovun texnologiyası istifadəçilərin stilusla yazdıqlarını avtomatik olaraq rəqəmsal mətnə çevirirdi. Bu, o vaxt üçün inqilabi yenilik sayılırdı və Paçikovun dünyada tanınmasına səbəb oldu.
1996-cı ildə ParaGraph-dan ayrılaraq Parascript şirkətini təsis edib. Parascript OCR (optical character recognition) texnologiyaları və imza tanıma sistemləri üzrə ixtisaslaşıb və ABŞ Poçt Xidməti, seçki komissiyaları kimi böyük müştərilərə xidmət göstərir.
Daha sonra isə Paçikovun ən böyük uğurlarından biri 2002-ci ildə yaratdığı Evernote platformasıdır. Evernote istifadəçilərə qeydlərini, şəkillərini, səs yazılarını və digər informasiyaları rahat şəkildə yadda saxlamağa, təşkil etməyə və istənilən vaxt axtarmağa imkan verir. Paçikov özü deyir ki, yaxşı yaddaşa malik olmadığı üçün belə bir “ikinci beyin” yaratmaq fikrinə gəlib.
2013-cü ildə Evernote-un bazar dəyəri təxminən 1 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilirdi. 2022-ci ildə “Bending Spoons” şirkəti Evernote-u satın aldı. Rəsmi olaraq satınalma məbləği açıqlanmasa da, Evernote-un təkrarlanan illik gəlirinin təxminən 100 milyon ABŞ dolları olduğu bildirildi.
Stepan Paçikov Azərbaycan mənşəli dünyaca tanınmış alim və sahibkar kimi, həm yerli, həm də qlobal texnologiya sahəsində böyük iz buraxıb.