İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 1 500 000 manatdır və qanuni təmsilçisi Hüseynov Azad İsrail oğludur.
“A-Solutions Elketron Pul Təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvləri Əliyeva Şirin Eldar qızı, Tekeli Taylan və Zərinə Zeynalova Turan qızıdır. Zərinə Zeynalova həm də Azercell Telekom-un qanuni təmsilçisidir.
Yeni yaradılan şirkət “Azercell Telekom” MMC ilə eyni hüquqi ünvan olan Yasamal rayonu, Tbilisi prospekti, ev 149-da yerləşir.
©banker.az