Az | EN

Azercell-də eyni nömrə üçün 2 sim kart almaq mümkündür

Fidan Abbaszadə
22 May 2023 14:19
554 baxış
Azercell-də eyni nömrə üçün 2 sim kart almaq mümkündür

Azercell-də artıq bir nömrə üçün iki sim kart almaq mümkün olacaq. Bu xidmət vasitəsi ilə abunəçi eyni Azercell Fakturalı Xətt nömrəsini iki ayrı sim kart dəstəkləyən cihazda istifadə etmək imkanını əldə edir. Abunəçi öz nömrəsinin dublikatını çıxararaq eyni nömrəsi olan 2 ədəd Sim karta sahib olacaq. Bundan əlavə, həmçinin yeni təsis olunmuş nömrəni də Əkiz kart kimi əldə edə bilər.

Xidmətdən istifadənin əsas şərti - eyni zamanda yalnız bir cihazın aktiv olmasıdır.  Bu zaman abunəçi yalnız aktiv olan Sim kartın xidmətlərindən istifadə edə bilər. Əkiz kartların hər ikisi aktiv olarsa, istənilən nömrə zəng qəbul edə bilər, lakin nəzərə alınmalıdır ki, hər hansı bir nömrədən zəng edilərsə, axırıncı zəng gedən nömrə dərhal aktivləşir. 

Qeyd edək ki, rouminq zamanı “Əkiz kart” xidmətinin istifadəçisi mütləq mobil cihazın birini söndürüb, digərini aktiv etməlidir.

Məlumat üçün bildirək ki, servisə qoşulma haqqı 23.60 AZN təşkil edir (birdəfəlik ödəniş). Xidmət yalnız fakturalı abunəçilər üçün nəzərdə tutulub.

© copyright 2022 | tech.az | info@tech.az