Az | EN

Babək İsmayılın təsis etdiyi OneDome Böyük Britaniyada Cornerstone Finance Group-u satın alıb

Cəmil Hüseynzadə
17 Noyabr 2026 14:50
104 baxış
Babək İsmayılın təsis etdiyi OneDome Böyük Britaniyada Cornerstone Finance Group-u satın alıb

Azərbaycanlı sahibkar Babək İsmayılın təsis etdiyi OneDome Group Böyük Britaniyanın maliyyə xidmətləri şirkəti Cornerstone Finance Group-un əksər payını satın alıb.

Razılaşma çərçivəsində Cornerstone-un 320 brokeri və 45 əməkdaşı olmaqla, ümumilikdə 365 nəfər OneDome Group-a qoşulub.

Birləşmədən sonra OneDome Group-un ümumi göstəriciləri 940 brokerə, illik 15 milyard funt sterlinqdən çox kredit həcminə və qrup üzrə 1267 əməkdaşa çatıb.

Şirkətin açıqlamasına görə, bu genişlənmə brokerlər üçün daha çox gəlir imkanları yaratmaq, əməkdaşların karyera inkişafını dəstəkləmək, eləcə də yeni məhsul və xidmətlərə investisiyaları artırmaq məqsədi daşıyır. OneDome texnologiya platformasına, müştəri xidmətlərinə, broker dəstəyinə, marketinqə və potensial müştərilərin cəlbinə daha çox vəsait ayırmağı planlaşdırır.

OneDome-un təsisçisi Babək İsmayıl Cornerstone Finance Group komandasını qrupa qoşulmaları münasibətilə təbrik edib. O, şirkətin rəhbəri Haydn Thomas ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

© copyright 2022 | tech.az | info@tech.az