Az | EN

Tech.az-ın eksklüziv tərəfdaşlığı ilə Miro startaplara 12 000 dollarlıq yeni dəstək paketi təqdim edir

Cəmil Hüseynzadə
17 Noyabr 2026 18:50
124 baxış
Tech.az-ın eksklüziv tərəfdaşlığı ilə Miro startaplara 12 000 dollarlıq yeni dəstək paketi təqdim edir

Miro startap ekosisteminə dəstəyini genişləndirərək Miro Startup Program çərçivəsində yeni imkanlar təqdim edib. Yenilənmiş proqram əvvəlki 1 000 dollarlıq kredit təklifini 6 ay müddətinə ödənişsiz Miro Business və Miro AI abunəliyi ilə əvəz edir. Yeni paketin ümumi dəyəri 12 000 dollar təşkil edir.

Techaz Miro-nun Azərbaycandakı eksklüziv tərəfdaşı olaraq yerli startapların bu proqramdan yararlanmasına dəstək göstərir. Tech.az isə proqramın media tərəfdaşı kimi təşəbbüsün Azərbaycandakı startap ekosisteminə çatdırılmasında və məlumatlandırılmasında iştirak edir.

Yeni paket nələri əhatə edir?

Proqram çərçivəsində startaplara aşağıdakı imkanlar təqdim olunur:

  • Miro Business və Miro AI: 6 ay müddətinə ödənişsiz istifadə;
  • 100-dək lisenziya: komanda üzvlərinin platformadan birgə istifadəsi;
  • AI kreditləri: hər istifadəçi üçün ayda 50 süni intellekt krediti;
  • Limitsiz iş sahələri və qonaq girişi: komandalararası əməkdaşlığın təşkili;
  • Layihələrin idarə edilməsi: tapşırıqların, planların və iş proseslərinin vahid məkanda idarə olunması;
  • Məlumat cədvəlləri: layihə məlumatlarının strukturlaşdırılması;
  • İnteraktiv prototiplər: ideyaların məhsula çevrilməzdən əvvəl sınaqdan keçirilməsi.

Miro-nun Sidekicks, Flows və Prototypes alətləri startaplara araşdırma aparmaq, komanda daxilində fikir birliyi yaratmaq və ideyaları işlək prototiplərə çevirmək imkanı verir.

Proqramda kimlər iştirak edə bilər?

Proqramdan yararlanmaq üçün startaplar aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Miro-nun pulsuz planından istifadə etməli və əvvəllər Business sınaq versiyasından yararlanmamalıdırlar.
  • Keçmişdə və ya hazırda ödənişli Business və ya Enterprise planına sahib olmamalıdırlar.
  • Gmail və Outlook kimi ümumi poçt xidmətləri əvəzinə korporativ e-poçt ünvanı təqdim etməlidirlər.
  • Müvafiq startap icmasının üzvü olduqlarını təsdiqləyən məlumat təqdim etməlidirlər. Buna portfel səhifəsindəki profilə keçid və ya proqrama qəbul məktubunun ekran görüntüsü nümunə ola bilər.

Daha inkişaf etmiş startaplar üçün Scale təklifi

Miro daha inkişaf etmiş mərhələdə olan startaplar üçün Scale təklifini də qüvvədə saxlayır. Bu təklif çərçivəsində şirkətlər Miro Enterprise paketini ödənişsiz sınaqdan keçirə və 25%-dək endirim əldə edə bilərlər.

Azərbaycandakı startaplar necə müraciət edə bilər?

Azərbaycanda Miro Startup Program-dan yararlanmaq istəyən startaplar Techaz üçün nəzərdə tutulmuş xüsusi tərəfdaş keçidi vasitəsilə müraciət edə bilərlər.

Müraciət linki: https://miro.com/startups/partner/apply/?vcode=753-897-Tech.az%20

Proqramın şərtləri və tez-tez verilən suallarla bağlı ətraflı məlumat: https://help.miro.com/hc/en-us/articles/360014912819-Miro-Startup-Program

Techaz-ın eksklüziv tərəfdaşlığı və Tech.az-ın media dəstəyi ilə bu təşəbbüs Azərbaycandakı startapların beynəlxalq rəqəmsal alətlərə çıxışını genişləndirmək, komanda əməkdaşlığını gücləndirmək və süni intellekt imkanlarından daha effektiv istifadə etmələrinə şərait yaratmaq baxımından əhəmiyyət daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az