Az | EN

Visa dəstəkli kripto kartı istifadəyə verilib

Cəmil Hüseynzadə
03 Aprel 2026 14:03
53 baxış
Visa dəstəkli kripto kartı istifadəyə verilib

Kriptovalyuta birjası Bitget Asiya-Sakit okean regionunun bəzi ölkələrində Visa dəstəyi ilə yeni ödəniş kartını istifadəyə verib. DCS ilə əməkdaşlıq çərçivəsində hazırlanan bu kart istifadəçilərə kriptovalyutanı avtomatik olaraq adi pula çevirərək gündəlik alış-veriş etməyə imkan yaradır.

Hazırda yalnız virtual versiya təqdim olunub, yaxın aylarda fiziki kartın da buraxılması planlaşdırılır. Şirkət bildirir ki, bu yenilik kripto aktivlərdən istifadəni daha sadə və əlçatan edir, yəni istifadəçilər kriptovalyutanı ayrıca satmadan birbaşa kartla ödəniş edə biləcəklər.

Kart sahiblərinə müəyyən alış-verişlərdə 800 dollara qədər xərclərə görə 20%-dək keşbek təklif olunur. Gələcəkdə isə pulsuz bankomatdan nağd pul çıxarma və hava limanı lounge xidmətləri kimi əlavə üstünlüklərin də əlavə edilməsi nəzərdə tutulur.

© copyright 2022 | tech.az | info@tech.az