Az | EN

Bakıda GameSummit Baku 2024 tədbiri keçiriləcək!

Cəmil Hüseynzadə
15 Mart 2024 15:06
267 baxış
Bakıda GameSummit Baku 2024 tədbiri keçiriləcək!

İyunun 1-dən iyunun 2-dək Crystal Hall-da regionun ən böyük oyun festivalı olan GameSummit Baku 2024-ün keçirilməsi planlaşdırılır.

Tədbirdə ən müasir virtual reallıq və simulyasiyaya xüsusi diqqət yetiriləcək. Ən son oyun yenilikləri, yerli oyun tərtibatçılarının nailiyyətləri və qlobal eSports turniri də vurğulanacaq. Festival Biznes Günü, ESports Günü, həmçinin kosplay və konsertlərdən ibarət olacaq.

Ziyarətçilər NES, SEGA və PlayStation 1 kimi əfsanəvi konsollarnan retro oyunları oynayarkən keçmişin nostaljisini yaşamaq və virtual reallığa qərq olmaq imkanı əldə edəcəklər. GameSummit Baku 2024-də, həmçinin iştirakçıların iştirak edə biləcəyi kosplay yarışması keçiriləcək, iştrakçılar, oyun, anime və digər mediaya aid geyimlərini nümayiş edə biləcəklər.

Biletləri iticket.az saytından əldə etmək olar.

© copyright 2022 | tech.az | info@tech.az