Bakıda icarəyə verilən velosipedlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu barədə məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 2025-ci il üzrə hesabatında yer alıb.
Hesabatda bildirilir ki, 2024-cü ildə paytaxtda 900 velosiped icarəyə verildiyi halda, 2025-ci ildə bu rəqəm 2 200-ə yüksəlib. Nəticədə, velosipedlərin sayı 144 faiz artım göstərib.
Qeyd olunur ki, Bakıda velosipedlər “Apar” mobil tətbiqi vasitəsilə icarəyə götürülür. Artım şəhərdə alternativ və ekoloji nəqliyyat növlərinə marağın yüksəldiyini göstərir.
