Az | EN

Bakıda İT muzeyi yaradılır - köhnə texnologiyalar yeni nəsil üçün sərgilənəcək

Cəmil Hüseynzadə
13 Noyabr 2025 15:32
254 baxış
Bakıda İT muzeyi yaradılır - köhnə texnologiyalar yeni nəsil üçün sərgilənəcək

Bakıda İnformasiya Texnologiyaları muzeyi yaradılır. Layihənin təşəbbüskarı Vahid Qasım bu barədə öz sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, uzun müddətdir arzusunda olduğu bu ideyanı artıq reallaşdırmağa başlayıb. Muzeydə köhnə kitablar, qədim kompüterlər, məlumat daşıyıcıları, şəbəkə avadanlıqları və digər tarixi texnoloji eksponatlar sərgilənəcək.

Vahid Qasım bildirib ki, muzeyin məqsədi İT sahəsinin inkişaf tarixini nümayiş etdirmək, həmçinin gənclərdə texnologiyaya maraq oyatmaqdır.

Eyni zamanda o, ictimaiyyətə çağırış edib:

“Dost-tanışlardan xahiş edirəm, kimin əlində 1970–80–90-cı illərin kompüter aləminə aid maraqlı artefaktlar varsa, muzeyimizə bağışlasın. Köhnə əşyalarınız gənc nəsillərin yetişməsinə kömək eləsin.”

Muzey marağı olan hər kəs üçün açıq olacaq. İstənilən vaxt eksponatlarla tanış olmaq mümkündür.

Ünvan: Div Academy, Mətbuat prospekti 25 (Elmlər Akademiyası metrosunun yaxınlığı).

© copyright 2022 | tech.az | info@tech.az