Az | EN

Bakıda "Green Energy" Startup PitchFest tədbiri keçirilib

Cəmil Hüseynzadə
11 İyul 2023 10:24
331 baxış
Bakıda "Green Energy" Startup PitchFest tədbiri keçirilib

08.07.2023  tarixində Bakı Gənclər Mərkəzinin və “MLK Tech Group” MMC şirkətinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi əlaqədar  "Green Energy" Startup PitchFest layihəsi baş tutub. Tədbir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin  deputatları  Ceyhun Məmmədov,  Vüqar İskəndərov,  BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli,  “MLK Tech Group” MMC şirkətinin təsisçisi və direktoru Mələk Mahmudova, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva,Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov,media nümayəndələri, Texno Bloqerlər və gənclər iştirak edib. 

Aparıcı Günay Talıbovanın moderatorluğu ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.Tədbirin ilk hissəsində “MLK Tech Group” MMC şirkətinin təsisçisi və direktoru Mələk Mahmudova, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva,Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri  hörmətli Elnur Nəsibov çıxış edərək tədbirin məqsədi və hədəfləri haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra isə tədbirin qonaqları "Green Energy" Startup PitchFest layihəsi və gənclərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Startup PitchFest -da ümumilikdə qeydiyyat mərhələsi 10.06.2023 tarixində başlamış 27.07.2023 tarixində bitmişdir. Bu müddət ərzində yarış üçün 96 komanda qeydiyyatdan keçmişdir. 96 komanda içərisindən 20 yüksək potensiallı komanda seçilmişdir .Komandalar  alternativ enerji, yaşıl enerji,  enerji sərfiyyatı və idarəetmə yenilənən enerji istehsalı, ağıllı şəbəkələr, enerji saxlanması kimi kateqoriyalarda öz startup ideyalarını münsiflər heyətinə təqdim ediblər. 

"Green Energy" Startup Pitchfest-in əsas istiqamətləri Yaşıl Enerji, Alternativ Enerji,  Enerji Sərfiyyatı punktlarından ibarət olub. Təşkil edilən Startup Pitchfest yanlız gənclər üçün nəzərdə tutulub. Yarışın  keçirilməsində əsas məqsəd bu sahəyə marağı və istedadı olan gəncləri bir araya gətirmək və müəyyən problemlər üçün yeni həllər tapmaqdır.

Tədbirin rəsmi hissəsinin sonunda “MLK Tech Group” MMC şirkətinin müşaviri Seymur Əhmədov, Bank Respublika IT İnnovasiyalar şöbəsinin müdiri Rəşad Əliyev və Destec International İdarə Heyyətinin sədri Sakit Səmədovun daxil olduğu münsiflər heyətinin qərarı ilə seçilən komandalar nominasiyalar üzrə pul mükafatı və hədiyyələrlə təltif olunub. Eyni zamanda tədbirin bütün gənc iştirakçıları sertifikatlarla təltif olunub. 

Günün yekununda tədbirin bədii hissəsi DJ-in müşayiəti ilə və gənclərin zövqünü oxşayan mahnıların sədası altında davam edib. Gənclər üçün After Party təşkil olunub.

© copyright 2022 | tech.az | info@tech.az