Az | EN

Balenciaga-nın 625 dollarlıq çirkli ayaqqabıları

Bənövşə Kazımova
11 May 2022 13:30
609 baxış
Balenciaga-nın 625 dollarlıq çirkli ayaqqabıları

Balenciaga son dərəcə çirkli, köhnəlmiş vəziyyətdə olan Paris Sneaker modelinə aid 100 ayaqqabını satışa təqdim edib. Şirkət brend ayaqqabıların qiymətini 625 dollar olaraq təyin edib. Ayaqqabılar qısa zamanda sosial medianın gündəminə çevrilib və çox sayda insan reaksiya verib. Balenciaga kolleksiyanın idman ayaqqabıların ideyanı belə izah edib: "Yenidən formaya salınmış klassik dizayn 20-ci əsrin ortalarında mövcud olan atletika və gündəlik geyimi özündə birləşdirir." Ayaqqabılar yüksək ayaq biləyi uzunluğu, krujeva və ya açıq daban şəklindədir. Fotoqraf Leopold Duchemin tərəfindən çəkilmiş şəkilləri ayaqqabıların uzun müddət geyinilə biləcəyini göstərir. Balenciaga-nın iddiasının əksinə olaraq, sosial media istifadəçiləri bu yeni model ayaqqabıların uzunömürlü olacağından əmin deyillər.

© copyright 2022 | tech.az | info@tech.az