Azərbaycanda yeni taksi xidmətinin istifadəyə verilməsi gözlənilir. Müxtəlif mənbələrə istinadən yayılan məlumatlara görə, hazırda layihə üzərində aktiv işlər aparılır və xidmətin yaxın vaxtlarda istifadəyə təqdim olunacağı ehtimal edilir. Bildirilir ki, yeni taksi xidməti Bir ekosistemi çərçivəsində fəaliyyət göstərəcək və rəqəmsal həllərlə bazarda fərqlənməyə çalışacaq. Məlumatlara görə, yeni taksi xidməti rəqəmsal imkanlarla təchiz olunacaq və istifadəçilərə daha rahat sifariş və xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. Bununla yanaşı, bazarda fəaliyyət göstərən bəzi mövcud taksi xidmətlərinin də bu brend altında birləşdirilə biləcəyi iddiaları var.
Bununla yanaşı, bazarda fəaliyyət göstərən Uber taksi xidmətinin gələcəkdə rebrendinq edilərək “Bir Taksi” adı altında fəaliyyətini davam etdirə biləcəyi də iddia olunur. Lakin bu məsələ ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.

Qeyd edək ki, Bir ekosistemi PAŞA Holdinqə məxsusdur və holdinq daha əvvəl də nəqliyyat sahəsində təşəbbüslərlə çıxış edib. Belə ki, şirkət bir müddət əvvəl Azərbaycanda Uklon taksi xidmətini işə salmış, lakin sonradan bu layihənin fəaliyyəti dayandırılmışdı.
Ekspertlər hesab edirlər ki, yeni taksi xidmətinin bazara daxil olması rəqabəti artıraraq xidmət keyfiyyətinə və qiymətlərə müsbət təsir göstərə bilər. Bununla yanaşı, rəqəmsal platformaların genişlənməsi istifadəçilər üçün daha əlverişli seçim imkanları yarada bilər.
