Az | EN

BitAZN Azərbaycanda kriptovalyuta ticarəti üçün yeni imkanlar yaradır

Cəmil Hüseynzadə
02 İyun 2026 16:03
36 baxış
BitAZN Azərbaycanda kriptovalyuta ticarəti üçün yeni imkanlar yaradır

Azərbaycanın ilk kriptovalyuta birjası olan BitAZN istifadəçilərə virtual aktivlərin alqı-satqısı və saxlanılması üçün rəqəmsal platforma təqdim edir. “BİTAZN” MMC tərəfindən həyata keçirilən layihə virtual aktivlərin milli valyuta və digər kriptovalyutalarla mübadiləsini, eləcə də onların təhlükəsiz saxlanmasını nəzərdə tutur.

Platformada yalnız beynəlxalq tənzimlənən birjalarda listinqdə olan virtual aktivlər üzrə əməliyyatlara icazə verilir. BitAZN istifadəçilərə real vaxt rejimində qiymətləri izləmək, bazar analizləri aparmaq və müxtəlif ticarət alətlərindən yararlanmaq imkanı yaradır. Bunun üçün platformada TradingView-in Qabaqcıl Diaqram (Advanced Chart) modulu inteqrasiya olunub.

BitAZN bildirir ki, virtual aktivlərin saxlanılması beynəlxalq təhlükəsizlik standartlarına uyğun həllərlə təmin edilir. Platformanın əsas məqsədi kriptovalyuta ticarətini daha əlçatan, şəffaf və təhlükəsiz etməkdir.

© copyright 2022 | tech.az | info@tech.az