Tanışlıq tətbiqi Tinder Azərbaycanda rəsmi qeydiyyatdan keçib. Şirkət Dövlət Vergi Xidmətində vergi uçotuna alınıb.
Bu dəyişiklik Tinder istifadəçiləri üçün ödənişlərin daha şəffaf olmasına imkan yaradacaq. Belə ki, indiyədək platformaya abunəlik və digər xidmətlər üçün ödəniş edilərkən məbləğin üzərinə əlavə olaraq 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) hesablanırdı. Tinder-in Azərbaycanda qeydiyyatdan keçməsindən sonra isə xidmətlər üçün sabit qiymət tətbiq olunacaq və istifadəçilərdən əlavə 18 faiz ƏDV tutulmayacaq.
Qeyd edək ki, son illər bir sıra beynəlxalq rəqəmsal platformalar da Azərbaycanda vergi qeydiyyatına duraraq yerli istifadəçilərlə hesablaşmalarını ölkə qanunvericiliyinə uyğun şəkildə həyata keçirməyə başlayıblar.
