Parlaq ideyaların uğurlu startaplara çevrilməsini stimullaşdıran “No Code” inkubasiya proqramının start götürməsinə sayılı günlər qaldı. Proqram perspektivli hədəfləri olan ideya sahiblərini sektorda innovativ həllərin üstünlüklərindən yararlanmağa dəvət edir.
“No Code” inkubasiya proqramına qoşulmaqla iştirakçılar ideyalarına uyğun məhsul və ya xidmətlərin prototipini yaradaraq sürətli fəaliyyətə başlamağın yollarını kəşf edəcək.
Proqram iştirakçılar üçün uğurlu ideyaların startaplara çevrilməsindən tutmuş əlverişli biznes mühitində təmsil olunmağa qədər bir çox imkanlardan yararlanmaq fürsəti təklif edir. Təşəbbüskar, yenilikçi və böyük hədəfləri olan təsisçilər “No Code” biznes səyahətinə qoşulmaqla aşağıdakı fürsətlərdən yararlana bilər.
● Zəruri resurslarla təmin olunan ofisdən 7/24 yararlanmaq imkanı
● “No Code” texnologiya platformalarından ödənişsiz istifadə etmək fürsəti
● Əlverişli biznes mühiti
● Peşəkar mentor dəstəyi
“No Code” inkubasiya proqramı öz sahibkarlıq potensialını üzə çıxarmaq istəyən uzaqgörən ideya müəlliflərini bu fürsəti dəyərləndirmək üçün vaxt itirməməyə çağırır.
Qeyd edək ki, “LTC No-Code İnkubasiya proqramı” biznes ideyalarının uğurlu startaplara çevrilməsini hədəfləyir. Layihə zamanı potensiallı və uzunmüddətli perespektivləri əhatələyən ideya sahibləri üçün əlverişli mühit yaradılır. “LTC No-Code İnkubasiya proqramı”nın əsas məqsədi startap müəlliflərinin yeni biznesə başlamaqla bağlı yaranan çətinliklərini və maneələrini aradan qaldıraraq qısa müddət ərzində uğur qazanmalarına dəstək olmaqdır. Layihə 3 aylıq müddəti əhatələyəcək.
Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün rəsmi sayta keçid edə həmçinin “Facebook”, “Instagram”, “Linkedin” sosial media platformalarından müraciətlərinizi ünvanlaya bilərsiniz.