Obilet bu ilin iyun ayında BlaBlaCar-dan aldığı investisiya ilə gündəmə gəlmişdi. İndi isə BlaBlaCar-ın Obilet-in hissələrini satın alacağı məlum olub. Türkiyə Rəqabət Qurumunun bildirişində belə qeyd olunub:
“Obilet Bilişim Sistemleri AŞ şirkətinin bütün hissələrinin Comuto SA tərəfindən devralınmasına icazə verilib.”
Hərçənd ki, Türkiyə Rəqabət Qurumunun açıqlamasında "bütün hissələr" deyilsə də, Obilet-in verdiyi məlumata görə, hissələrin yalnız çoxluğu alınacaq.
Comuto SA, BlaBlaCar kimi tanınır. Qeyd edək ki, hissələrin alınması ilə bağlı müraciət ilk dəfə iyul ayında edilmişdi.
2012-ci ildə qurulan yerli startap Obilet, yüzlərlə avtobus, hava yolu, bərə, otel və avtomobil icarəsi şirkətlərinin təklif etdiyi səyahət və rezervasiya seçimlərini müqayisə etməyə və satın almağa imkan yaradır. İldə 40 milyondan çox bilet və rezervasiya əməliyyatı ilə Obilet, B2C xidmətləri ilə yanaşı, B2B iş ortaqlarına reys məlumatlarının paylanması və avtobus şirkətlərinə bilet satış sistemi (IMS - Inventory Management System) xidmətləri də göstərir.
Fransa mərkəzli BlaBlaCar isə 21 ölkədə illik 27 milyon aktiv istifadəçiyə yol paylaşımı imkanı verərək, xüsusilə şəhərlərarası səyahətlər üçün sürücüləri və sərnişinləri bir araya gətirir.
2012-ci ilin aprel ayında Ali Yılmaz və Yiğit Gürocak tərəfindən təsis edilib. Startapın baş ofisi İstanbuldadır. Obilet və ya obilet.com Türkiyədə avtobus şirkətlərini bir araya gətirən onlayn avtobus bilet axtarış portalıdır. 2017-ci ildən uçuş biletləri, 2021-ci ildən isə bərə biletləri satır. 2022-ci ildən etibarən istifadəçilərinə onlayn otel rezervasiyası və avtomobil icarəsi məhsulları təklif etməyə başlayıb.