Almaniyanın BMW Group şirkəti bu onilliyin sonuna kimi sıfır emissiyaya malik hidrogen yanacağı ilə çalışan avtomobillərin istehsalına başlamağı planlaşdırır. Bu barədə “The Times” xəər agentliyi şirkətin texnologiya departamentinin rəhbəri Yurgen Quldnerə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, şirkət Avropada belə avtomobillərin ilk iri istehsalçısı ola bilər.
"Biz belə avtomobillərin istehsalına bu onilliyin ikinci yarısında başlayacağıq" Quldner deyib. "Mən əminəm ki, hidrogen gələcəkdir", - deyə o, BMW iX5 Hydrogen SUV-nin seriya istehsalının perspektivlərindən danışaraq əlavə edib.
Qeyd edək ki, hazırda aparıcı şirkətlərdən cəmi ikisinin hidrogen ilə çalışan minik avtomobili var - Toyota Mirai və Hyundai Nexo.