Az | EN

Bu il “AzStateNet” şəbəkəsi üzrə fiber-optik kabelin təqribən 40 %-i Qarabağda çəkilib

Cəmil Hüseynzadə
16 İyul 2024 13:35
197 baxış
Bu il “AzStateNet” şəbəkəsi üzrə fiber-optik kabelin təqribən 40 %-i Qarabağda çəkilib

Bu ilin yanvar-iyun aylarında “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə Azərbaycan üzrə ümumilikdə 170 kilometrə yaxın fiber-optik kabel çəkilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Regionlar üzrə istifadəyə verilmiş optik kabelin 67 kilometrdən çoxu yalnız Qarabağ regionunda çəkilib.

"Bakı şəhəri və Abşeron yarımadasında əlavə 85 kilometrdən artıq fiber-optik kabelin çəkilişi həyata keçirilib", - məlumatda deyilir.

Xatırladaq ki, ötən il “AzStateNet” şəbəkəsi üzrə ümumilikdə 550 kilometrə yaxın fiber-optik kabel çəkilib. Regionlar üzrə istifadəyə verilmiş 300 kilometrə yaxın optik kabelin 130 kilometrdən çoxu yalnız Qarabağ regionunda çəkilib.

XRİTDX tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir.

Report

© copyright 2022 | tech.az | info@tech.az