Az | EN

Intel-in səhvləri və SOFAZ-ın riskli investasiyası

Cəmil Hüseynzadə
07 Sentyabr 2024 20:34
1368 baxış
Intel-in səhvləri və SOFAZ-ın riskli investasiyası

Süni intellektin geniş yayılması bir çox sahələrdə öz müsbət və mənfi tərsirini sürətlə göstərməyə başladı. Artıq dəyişikliklər əvvəlki illərə nisbətən daha sürətli baş verir və onunla ayaqlaşmaq olduqca çətinləşir. Böyük şirkətlər isə bu mövzuda olduqca çətin vəziyyətə düşürlər. Böyük investisiyalar, uzun müddətli strategiyalar, planlar. Böyük şirkətlər üçün bunları sürətli, elastik şəkildə dəyişdirmək olduqca çətindir. Ən çətin məsələ isə qərar verməkdir. Bəli, doğru qərar vermək ən mühüm addımdır. Bu məqalədə də iki qərardan yazıram: Intel-in qərarları və ondan səhm alan Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (SOFAZ) qərarından. 

İnteldə nələr baş verir?

Süni intellekt sənayesinin əsas sütunları çiplər və videokartlardır. Intel də bu sənayedə böyük pay sahibidir. Süni intellek üçün GPU daha önəmlidir. Intel isə ənənəyə sadiq qalıb CPU istehsal etməyi üstün tutmuşdu. Tək səhv qərar da bu deyil. İntelin tarixində etdiyi ən böyük səhv OpenAI startapına investisiyadan imtina etməsidir. Reuters-ə danışan mənbələr bildiriblər ki, iki qurumun rəhbərləri 2017-2018-ci illərdə bu barədə görüşlər keçiriblər. iki seçim üzərində müzakirələr aparılıb: OpenAI-ın 15%-i üçün 1 milyard dollar investsiya və OpenAI-ın 15% hissəsi qarşılığında maya dəyərindən hesablanmaqla cihazların istehsalı. Müzakirələrin sonunda Intel təklifləri rədd edib və ənənəvi yolunda addımlamağı seçib. Bunun acı nəticəsi də göz önündədir artıq. Bununla da süni intellek sahəsində inkişafı görən Nvidia ilə rəqabətdə uduzmağa başladı. Bunun davamında isə Intel dəyər itirməyə başladı. Nəticədə İntel səhmləri son 6 ayda 59% dəyər itirdi (Mart-sentyabr 2024).

Müqayisə üçün bildirim ki, Intel-in 2017-ci ildə bazar dəyəri 216,02 milyard dollar, Nvidianın bazar dəyəri isə 117,26 milyard dollar olub. İndi 2024-cü ildə isə bu rəqəmlər uyğun olaraq 80,77 milyard dollar və 2,522 trilyon dollardır. Həmçinin, OpenAI-ın bazar dəyəri 100 milyar dollardır. 

SOFAZ-ın riskli investisiyası

Bu dəyəritirmədə ən pis hal, daha dəqiqi bizə təsiri olan hal SOFAZ-ın Intel-də səhm almasıdır. 27 aprel 2024-cü il tarixində SOFAZ 31 milyon dollarlıq İntel səhminə sahib olduğunu açıqlamışdı. Həmin tarixdə səhmin 31.36 dollar idisə, indi bu rəqəm 18.89 dollardır. Əgər SOFAZ hələ də bu səhmləri saxlayıbsa, iyul ayında səhmlərin 34 dollara yüksəldiyi vaxtda satmayıbsa, bu səhm üzrə zərərdə olduğu görünür.  Yəni investsiya edilən 31 milyon dollar hazırda, təqribən, 19 milyon dollardır. Ekspertlər Intel səhmlərinin daha da ucuzlaşacağını proqnozlaşdırırlar. Səhmlərin dəyərinin 10 dollara qədər enəcəyi gözlənilir. 
Onu da qeyd edim ki, SOFAZ digər səhmlərə də investisiya edib. Dövlət Neft Fondundan bildirilib ki, bu ilin ilk rübündə TOP-5 şirkətlərin səhmləri üzrə ümumi məbləğ 1 milyard 742 milyon dollar təşkil edib.

- “Microsoft” (494 milyon ABŞ dolları)

- “Apple” (419 milyon ABŞ dolları)

- “NVIDIA” (371 milyon ABŞ dolları)

- “Amazon” (279 milyon ABŞ dolları)

- “Meta platforms” (179 milyon ABŞ dolları)

© copyright 2022 | tech.az | info@tech.az