ByteDance şirkəti süni intellekt layihələrinə ayırdığı vəsaiti 23 milyard dollara çatdırmağı planlaşdırır. Financial Times nəşrinin məlumatına görə, bu məbləğ şirkətin cari ildəki xərclərindən təxminən 6,5 faiz çoxdur. Bu investisiya ByteDance-in süni intellekt yarışında mövqeyini gücləndirmək məqsədi daşıyır.
Şirkətin xərcləyəcəyi vəsaitin demək olar ki, yarısı süni intellekt modellərini işlətmək üçün lazım olan güclü prosessorların alınmasına sərf olunacaq. Hazırda ByteDance-in qarşısında duran ən böyük çətinlik ABŞ-nin tətbiq etdiyi ixrac məhdudiyyətləri səbəbindən Nvidia çiplərini əldə etməyin çətinləşməsidir. Əgər rəsmi icazə verilərsə, şirkət Nvidia-nın Çin bazarı üçün hazırladığı daha az güclü H200 prosessorlarından 20 min ədəd almağa hazırdır. Prosessorlara çıxış imkanları yaxşılaşacağı təqdirdə, ByteDance-in 2026-cı ildəki xərclərinin daha da artacağı proqnozlaşdırılır.
ByteDance-in xərcləri hələ də ABŞ-nin texnologiya şirkətləri ilə müqayisədə azdır. Məsələn, 2025-ci ildə Microsoft, Meta, Amazon və Google kimi şirkətlər süni intellekt və məlumat mərkəzlərinə birlikdə 300 milyard dollardan çox vəsait qoyulub. Buna baxmayaraq, ByteDance öz texnoloji infrastrukturunu inkişaf etdirməkdə iddialıdır.
