Bir ekosisteminə daxil olan aparıcı fintex şirkətlərindən olan “PashaPay” MMC-də rəhbər vəzifəyə yeni təyinat olub. Bank və maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malik Camal Tağıyev şirkətin İcraçı direktoru vəzifəsinə gətirilib.
Camal Tağıyev maliyyə xidmətləri, ödəniş sistemləri, rəqəmsal ödəniş həlləri və əməliyyat proseslərinin optimallaşdırılması istiqamətlərində geniş idarəetmə təcrübəsinə sahibdir. O, karyerası ərzində Kapital Bank və Xalq Bank kimi maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Təyinatdan əvvəl Camal Tağıyev Bir ekosisteminin Ödənişlər biznesində Ödəniş əməliyyatları ofisinin rəhbəri vəzifəsini icra edirdi.
Təhsilinə gəlincə, o, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr, İsveçrənin UBIS Universitetində isə Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistr dərəcəsi alıb.
