Az | EN

Hindistanda imtahanlara görə Telegram 1 həftəlik bloklandı

Cəmil Hüseynzadə
16 İyun 2026 15:39
54 baxış
Hindistanda imtahanlara görə Telegram 1 həftəlik bloklandı

Hindistan hökuməti milli tibb universitetlərinə qəbul imtahanı (NEET) ətrafında artan dələduzluq hallarına qarşı mübarizə məqsədilə Telegram messencerini bir həftəlik bloklayıb. Qərara əsasən, platformaya giriş 22 iyun 2026-cı il tarixinədək məhdudlaşdırılacaq.

Təhsil Nazirliyinin açıqlamasına görə, fırıldaqçılar Telegram vasitəsilə abituriyentləri aldadaraq imtahanla bağlı saxta məlumatlar yayırlar. Bununla belə, qurum konkret detallar açıqlamayıb.

Qeyd edək ki, 2026-cı ilin may ayında NEET imtahanının nəticələri sualların sızdırılması səbəbindən ləğv edilmişdi. İmtahanın yenidən keçirilməsi planlaşdırılır.

Hindistan hökuməti Telegram-ın bloklanmasını “son çarə” adlandırıb və bildirib ki, platformadan dələduzluq məzmunlarının silinməsi ilə bağlı əvvəlki cəhdlər nəticə verməyib. Rəsmilər məhdudiyyətlərin yüz minlərlə istifadəçiyə təsir etdiyini etiraf edərək yaranan narahatlığa görə təəssüfləndiklərini bildiriblər.

© copyright 2022 | tech.az | info@tech.az