Az | EN

Canvadizayn proqramlarını yeniləyib və onları pulsuz edib

Cəmil Hüseynzadə
31 Oktyabr 2025 00:04
52 baxış
Canvadizayn proqramlarını yeniləyib və onları pulsuz edib

İndi vektor qrafikası, foto redaktə və səhifə dizaynı alətləri vahid Affinity tətbiqində birləşdirilib.

Canva 2024-cü ilin martında Affinity brendini (Affinity Designer, Affinity Photo və Affinity Publisher) satın almışdı. Yeni versiyada bu proqramlar Canva AI süni intellekt imkanları ilə inteqrasiya olunub — məsələn, fonun silinməsi, şəkil genişləndirmə, generativ doldurma və s. Canva bildirib ki, istifadəçilərin yaratdığı işlər neyron şəbəkələrin təlimi üçün istifadə olunmayacaq. Hazır layihələri bir neçə kliklə Canva platformasına ixrac etmək mümkündür.

Ən önəmlisi, Canva qeyd edib ki, Affinity alətlərinə giriş indi tamamilə pulsuzdur, lakin Canva AI funksiyalarından yararlanmaq üçün Canva Premium hesabı tələb olunur. Əvvəlki versiyaları satın alan istifadəçilər onları işlətməyə davam edə biləcəklər, amma onların yenilənib-yenilənməyəcəyi məlum deyil.

Tətbiq macOS və Windows üçün əlçatandır, gələcəkdə isə iPad versiyasının da buraxılması planlaşdırılır.

Bundan əlavə, Canva Video 2.0 adlı yenilənmiş video redaktorunu təqdim edib. Şirkətin sözlərinə görə, o, əvvəlkindən daha sürətli və intuitivdir. Yeni taymlayn montaj sistemi, Magic Video adlı AI aləti (mətin və qısa videolar əsasında sosial şəbəkələr üçün video yaratmaq), “trend” şablon kitabxanası və avtomatik effekt əlavə etmə funksiyaları mövcuddur.

© copyright 2022 | tech.az | info@tech.az