Caucasus Ventures portfel şirkətlərindən biri olan Glacies Biome-un təsisçiləri ilə müsahibə keçirib. Söhbətdə onların ideyadan uğurlu biznesə gedən yolu, biotexnologiya sahəsində startap qurmağın çətinlikləri və gələcək sahibkarlar üçün tövsiyələri müzakirə olunub. Müsahibədə Nihat, Sərxan və Evan öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, Founder Talks — Caucasus Ventures-in portfel şirkətlərinin təsisçilərini təqdim etdiyi, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, Türkiyə və Qafqaz bölgəsindəki startap dünyasından real hekayələr və ilhamverici fikirlər paylaşdığı silsilə layihədir.