Şəxsi Məlumatların Müdafiəsi Komissiyası (PIPC) bildirib ki, DeepSeek Koreya qanunlarına uyğun dəyişikliklər etdikdən sonra tətbiq yenidən yüklənə biləcək. Hazırda proqramı artıq yükləmiş istifadəçilər ondan istifadə edə bilərlər, amma qurum şəxsi məlumatlarını daxil etməməyi tövsiyə edib. Səbəb isə şirkətin istifadəçi məlumatlarını necə topladığı və emal etdiyi ilə bağlı narahatlıqlardır.
Araşdırmalar göstərib ki, DeepSeek Cənubi Koreya istifadəçilərinin məlumatlarını TikTok-un əsas şirkəti olan ByteDance-ə ötürüb. Şirkət Koreya qanunlarını tam bilmədiyini etiraf edib və hökumətlə əməkdaşlıq edəcəyini bildirib.
Bundan əvvəl Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi, polis və dövlət qurumları da DeepSeek-in rəsmi cihazlarda istifadəsini məhdudlaşdırmışdı. Digər ölkələr də bu tətbiqə ehtiyatla yanaşır. Avstraliya hökuməti onun dövlət qurumlarında istifadəsini qadağan edib, İtaliya isə ölkədə fəaliyyətini məhdudlaşdırıb. Tayvan hökuməti də DeepSeek-in dövlət idarələrində istifadəsinə icazə vermir.
DeepSeek 2023-cü ildə Çinli Liang Feng tərəfindən yaradılıb və OpenAI-nin ChatGPT-si ilə rəqabət aparan süni intellekt modeli təqdim edib.