Az | EN

ChatGPT AI chatbot xidməti dünyada genişmiqyaslı kəsilmə ilə üzləşib

Nigar Sultanli
10 İyun 2025 14:57
149 baxış
ChatGPT AI chatbot xidməti dünyada genişmiqyaslı kəsilmə ilə üzləşib

İstifadəçilər bir çox regionda ChatGPT AI chatbot xidmətində ciddi problemlərlə üzləşdiklərini bildirirlər. DownDetector-un məlumatına görə, chatbotun həm veb, həm də mobil tətbiq versiyalarında, eləcə də istifadəçi daxilolmasında (login) və API-larda ciddi nasazlıqlar müşahidə olunur.

Hazırda ən çox problem Hindistanda təxminən 800, ABŞ-də 1100 və Böyük Britaniyada isə 1450-dən çox istifadəçi tərəfindən bildirilib. Problemlərin təxminən 90%-i veb platformasında, 10%-dən azı isə tətbiqdə aşkarlanıb.

OpenAI status səhifəsində yayımladığı məlumatda qeyd edir ki, bəzi istifadəçilər xidmətlərdə yüksək səhv faizi və gecikmə ilə qarşılaşırlar. Problemlər artıq 3 saatdır davam edir və ChatGPT, API-lar, həmçinin yeni video yaratma chatbotu Sora kimi xidmətləri əhatə edir.

OpenAI əlavə edir ki, xüsusilə Sora chatbotunda səhv nisbəti artır və xidmətlərin işləmə qabiliyyətində azalma müşahidə olunur.

Bəzi istifadəçilər “message stream error” (mesaj axını xətası) ilə qarşılaşır, digərləri isə chatbotun normal işlədiyini bildirirlər. Sosial şəbəkələrdə isə bu məsələ ilə bağlı müxtəlif zarafatlar və memlər paylaşılıb.

© copyright 2022 | tech.az | info@tech.az