Az | EN

ChatGPT-də şəkillərə hazır effektlər əlavə etmək funksiyası istifadəyə verildi

Nigar Sultanli
17 İyul 2025 11:37
73 baxış
ChatGPT-də şəkillərə hazır effektlər əlavə etmək funksiyası istifadəyə verildi

OpenAI şirkəti ChatGPT-də şəkilləri yaratmağı daha sadə edib. İndi istifadəçilər bir neçə kliklə şəkillərinə müxtəlif hazır effektlər və üslublar tətbiq edə bilirlər.

Əvvəllər anime, akvarel kimi xüsusi görünüş almaq üçün mürəkkəb və uzun təsvirlər yazmaq lazım gəlirdi. Amma bu, hər zaman istənilən nəticəni vermirdi. Yeni “Effektlər” funksiyası sayəsində əvvəlcədən hazırlanmış hazır vizual dəyişikliklərdən asanlıqla istifadə etmək mümkündür.

Məsələn, istifadəçi öz şəklini yükləyib “anime” effektini seçəndə, ChatGPT həmin şəkli məşhur Studio Ghibli animasiyalarını xatırladan rəsmə çevirir. Bu yenilik artıq bütün dünyada istifadəyə verilib və pulsuzdur.

Bu funksiya şəkil yaratmağı daha sadə və əlçatan edir, dizayn və ya promt yazmağı bilmədən də gözəl nəticələr almaq mümkündür.

OpenAI-nin bu yeniliyi rəqəmsal yaradıcılıqda yeni imkanlar açır və süni intellekt texnologiyalarını daha geniş kütləyə çatdırır.

© copyright 2022 | tech.az | info@tech.az