Bu yaxınlarda GPT-4 ilə təchiz edilmiş Bing Chat-ı məhdud giriş üçün açan Microsoft, nəhayət, bu yeniliyi bütün istifadəçilərinə təqdim edib. Bing Chat-dan istifadə etmək üçün artıq Microsoft hesabına ehtiyacınız olmayacaq.
Bununla belə, Microsoft hesab açma ehtiyacını aradan qaldıraraq, GPT-4 ilə Bing-i əlçatan edib. Yəni ki, Edge-ə daxil olduqdan sonra yuxarı sağdakı Bing loqosuna klikləməniz kifayətdir.
Yeni funksiya olduqca vacib olsa da, bir çox insanlar anonim axtarışın təhlükəli ola biləcəyini söyləyirlər. ChatGPT-nin yaradıcısı OpenAI əvvəlki açıqlamada Bing brauzerindəki məlumatların süni intellektin hazırlanması üçün "məhdud şəkildə" istifadə ediləcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, süni intellektlə işləyən Bing-i tam şəkildə istifadə etmək istəyirsinizsə, anonim şəkildə yox, Microsoft hesabınızla Edge-ə daxil olmalısınız.