Az | EN

Wildberries 2026-ci ildə Özbəkistanda $142 mln-lik logistika mərkəzi açacaq

Cəmil Hüseynzadə
05 Dekabr 2025 11:29
49 baxış
Wildberries 2026-ci ildə Özbəkistanda $142 mln-lik logistika mərkəzi açacaq

Rusiya marketpleysi Wildberries 2026-cı ilin sonuna qədər Özbəkistanda 100 min kvadrat metr sahəyə malik böyük logistika mərkəzi açmağı planlaşdırır. Layihəyə təxminən $142 mln investisiya qoyulacaq və təxminən 7,5 min yeni iş yeri yaradılacaq.

2024-cü ildə Wildberries platformasında Özbəkistanda istehsal olunan məhsulların satış həcmi $605 mln olub və bu, Özbəkistan malları üçün platformanı ən böyük satış kanalı halına gətirib. Şirkət 2026-cı ilin sonuna qədər mərkəzi mərhələli şəkildə işə salmağı planlaşdırır.

Daşkənddə 3 dekabrda keçirilən Özbəkistan-Rusiya Hökumətlərarası Komissiyasının 26-cı iclasında iqtisadi, enerji, kənd təsərrüfatı, farmasevtika və mədəni-humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Həmçinin, Birləşmiş investisiya layihələrinin portfeli təxminən $55 mlrd təşkil edir.

İclasın yekununda tərəflər 2025−2030-cu illər üçün regional əməkdaşlıq “Yol xəritəsi”ni imzalayıblar. Bundan əlavə, 2025−2026-cı illər üçün Bəşqirdistanla ticarət-iqtisadi əməkdaşlıq planı və digər memorandumlar imzalanıb.

Əvvəlki xəbərlərə görə, Wildberries Özbəkistanda həmçinin taksi xidmətini də işə salmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az