Az | EN

ChatGPT uzun müddətli söhbətlərə məhdudiyyət qoyur- yeni “fasilə” funksiyası

Nigar Sultanli
05 Avqust 2025 13:02
74 baxış
ChatGPT uzun müddətli söhbətlərə məhdudiyyət qoyur-  yeni “fasilə” funksiyası

OpenAI, ChatGPT-də çox uzun müddət söhbət edən istifadəçilərə “bir az fasilə ver” təklifi göstərmək üçün yeni funksiya hazırlayıb. İstifadəçinin qarşısına “Davam et” və “Xatırlatma” kimi iki düymə çıxacaq.

Bu bildirişin neçə dəqiqədən sonra çıxacağı hələ dəqiq deyil, şirkət zamanla bunu tənzimləyəcək.

OpenAI bu addımı istifadəçilərin vaxtını düzgün idarə etməsi və psixi sağlamlıqlarına diqqət yetirməsi üçün atır. Funksiya hazırlanarkən mütəxəssislər – psixoloq və terapevtlərlə də məsləhətləşilib.

Amma bəzi istifadəçilər bu yeniliyi bəyənməyib, bunun faydasız və məcburi olduğunu, azad söhbətə maneə yarada biləcəyini deyirlər. Onlar şirkətdən daha faydalı məlumatlar verməsini, bildirişlərdən əvvəl istifadəçiləri maarifləndirməsini və daha yaxşı texnologiyalar üzərində işləməsini istəyirlər.

Bu funksiya GPT-5 təqdimatından əvvəl işə salındığı üçün həm müsbət, həm də tənqidli reaksiyalar doğurub

© copyright 2022 | tech.az | info@tech.az