Çin Dövlət Kosmik Agentliyi açıqlamasında Aya getmək üçün bütün planların hazırlandığını və hazırlıqların başladığını bildirib.
Əslində NASA çinlilərdən daha tez hərəkətə keçmək istəyirdi. Amerika Kosmik Agentliyi öz açıqlamalarında astronavtlarını ən tez 2025-ci ildə Aya göndərmək istədiyini bildirmişdi. Lakin bu bəyanatlar rəsmi xarakter daşımırdı. Bunlar gələcəkdə həyata keçirilməsi arzulanan planlardan yalnız bir neçəsi idi.
Lakin Çin Dövlət Kosmik Agentliyi 2030-cu ilə qədər kosmosa astronavt göndərəcəklərini rəsmən açıqlayıb. Bu zaman "ABŞ 2025 , Çin 2030 deyib. Çin ABŞ-ı necə qabaqlayır? ” sualı yarana bilər.
Məsələ orasındadır ki, NASA-nın açıqlaması rəsmi açıqlama deyil. Görülən işləri ilə bağlı ümumi bəyanatdır.
Lakin Çinin bəyanatı belə deyil. Onlar 2030-cu ilə qədər yaxın 7 ildə Aya getmək planlarının olduğunu bildiriblər. Üstəlik, bu başlıqla rəsmi açıqlama verilib. Açıqlamada tarixlə birlikdə missiyanın qısamüddətli olacağı və Ayın səthində uzun müddət qalınmayacağı bildirilib.