Az | EN

Çin bütün dövlət işçilərinə iPhone istifadə etməyi qadağan edib

Nail Valiyev
18 Dekabr 2023 10:41
577 baxış
Çin bütün dövlət işçilərinə iPhone istifadə etməyi qadağan edib

Çin sentyabr ayında başlayan iPhone qadağasını genişləndirir. Əvvəlcə bəzi ştatlarda dövlət qurumlarının işçilərinə iPhone-dan istifadəni qadağan edən Çin indi bu qadağanı ölkə daxilindəki bütün dövlət işçilərini əhatə edəcək şəkildə genişləndirib. Bloomberg-in hesabatına görə Pekin və Tianjin şəhərlərində başlayan qadağa Çinin daha 8 vilayətinə qədər genişləndirilib.

Bu qərarla Çində dövlət qurumlarında çalışan bütün işçilərə iPhone istifadə etmək və ofisə gətirmək qadağan edilib. İşçilərin yerli istehsal olan cihazlara üstünlük verməsi gözlənilir ki, bu da onların Huawei kimi Çin markalarına müraciət etmələri anlamına gələ bilər. Çin hökuməti ABŞ və digər Qərb ölkələrindən texnologiya asılılığını azaltmağı və yerli alternativləri təşviq etməyi hədəfləyir.

Sentyabr ayında Çin iPhone qadağasının təhlükəsizliklə bağlı olmadığını açıqlasa da, ABŞ bu qərarı yersiz qisas kimi qiymətləndirib. 

© copyright 2022 | tech.az | info@tech.az