Az | EN

Çin dəstəkli hakerlər ABŞ-da 200-dən çox şirkətə hücum edib

Cəmil Hüseynzadə
28 Avqust 2025 12:43
62 baxış
Çin dəstəkli hakerlər ABŞ-da 200-dən çox şirkətə hücum edib

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) məlumatına görə, Çin dəstəkli “Salt Typhoon” adlı haker qrupu artıq ən azı 200 Amerika şirkətinin sistemlərinə sızıb. Bundan əvvəl onların 9 ABŞ telekommunikasiya və internet provayderini hədəfə aldığı məlum idi.

FBI-ın kiber təhlükəsizlik üzrə direktor müavini Brett Līterman The Washington Post-a açıqlamasında bildirib ki, hakerlər təkcə ABŞ-da deyil, 80 ölkədəki şirkətlərə də müdaxilə ediblər. Bu, Çinin kiber casusluq kampaniyasının qlobal miqyasını ilk dəfə üzə çıxarıb.

Adları açıqlanmasa da, daha əvvəl AT&T, Verizon, Lumen, Charter Communications və Windstream kimi şirkətlərin zərərçəkənlər arasında olduğu təsdiqlənib.

Hakerlərin əsas hədəfi ABŞ rəsmilərinin zəng qeydləri olub. Bu yolla onlar siyasətçilərin kimlərlə əlaqə saxladığını və ABŞ hökumətinin hansı şəxsləri qanuni sorğularla izlədiyini müəyyənləşdiriblər. Təhlükə o qədər böyüyüb ki, FBI bir müddət amerikalılara şifrələnmiş mesajlaşma tətbiqlərinə keçməyi tövsiyə edib.

Çərşənbə günü FBI və 20-yə yaxın beynəlxalq qurumun yayımladığı birgə açıqlamada bildirilir ki, “Salt Typhoon” əsasən şirkətlərin marşrutlaşdırıcılarını (routerlərini) hədəfə alaraq şəbəkə trafiki üzərindən həssas məlumatları ələ keçirir. Təlimatda hücumu aşkarlamaq üçün texniki göstərişlər də paylaşılıb.

FBI rəsmisi Leatherman hakerlərin yaratdığı təhdidin davam etdiyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az