Az | EN

Çin e-ticarət platforması JD.com Almaniyanın Ceconomy şirkətini 2.2 milyard avroya alıb

Nigar Sultanli
31 İyul 2025 14:44
86 baxış
Çin e-ticarət platforması JD.com Almaniyanın Ceconomy şirkətini 2.2 milyard avroya alıb

Çin’in ən böyük onlayn alış-veriş platformalarından olan JD.com, Almaniyada istehlakçı elektronikası sahəsində fəaliyyət göstərən Ceconomy şirkətini almaq üçün razılığa gəlib.

Bu alış-veriş sayəsində JD.com, Ceconomy-nin Avropada olan təxminən 1 000 fiziki mağazası və onlayn satış şəbəkəsinə sahib olacaq. Satınalma işi 2026-cı ilin ilk yarısında tamamlanacaq.

Ceconomy şirkəti MediaMarkt və Saturn kimi tanınmış brendlərlə Avropada fəaliyyət göstərir və 50 minə yaxın işçisi var.

Ceconomy-nin rəhbəri Kai-Ulrich Deissner bildirib: “Bu ortaq bizim üçün vaxtında və düzgün seçimdir. JD.com-un qabaqcıl texnologiyası və təcrübəsi ilə daha güclü olacağıq.”

Xəbərin açıqlanmasından sonra JD.com-un Honq Konqdakı səhm qiymətləri 2.4% azalsa da, Ceconomy-nin Frankfurt səhm qiymətləri 6.9% artıb.

JD.com son illərdə Avropada böyüməyə başlayıb. 2022-ci ildə Hollandiya bazarında Ochama adlı yeni çoxkanallı mağaza açıb, ötən aylarda isə Böyük Britaniyada Joybuy adlı onlayn platforma sınağına başlayıb.

JD.com CEO-su Sandy Xu deyib: “Texnologiyadan istifadə edərək Ceconomy-nin inkişafını sürətləndirəcəyik və şirkətin imkanlarını artıracağıq. Məqsədimiz Avropada daha çox müştəriyə çatmaq və uzun müddətli dəyər yaratmaqdır.”

Bu satınalma ilə JD.com Avropa bazarında gücünü artıracaq və yeni imkanlar əldə edəcək.

© copyright 2022 | tech.az | info@tech.az