Az | EN

Çinin Xpeng şirkəti AeroHT adlı iki uçan avtomobil konseptini nümayiş etdirib

Cəmil Hüseynzadə
26 Oktyabr 2023 16:53
813 baxış
Çinin Xpeng şirkəti AeroHT adlı iki uçan avtomobil konseptini nümayiş etdirib

Çinin Xpeng şirkəti AeroHT adlı iki uçan avtomobil konseptini nümayiş etdirib. Bunlardan birincisi qatlanabilən pərvanəli avtomobil, ikincisi isə içərisində dron formalı uçan avtomobil olan pikapdır.

Xpeng təqdim etdiyi avtonom xüsusiyyətləri ilə Teslanın ən böyük rəqibləri arasındadır.

Xpeng tərəfindən təqdim edilən ilk konsept qatlana bilən pərvaneli avtomobil idi. Şirkətin təqdim etdiyi digər nəqliyyat vasitəsi isə dron taksidir. Beləliklə, avtomobil həm havada, həm də quruda xidmət göstərə bilər.
Əsas altı təkərli avtomobil Teslanın Cybertruck pikapına çox bənzəyir. Onun daşıdığı elektrik pilotsuz uçan aparat əllə və avtomatik idarə oluna bilir və iki nəfəri daşıya bilir.

Şirkət həmçinin bu çox maraqlı modul avtomobilin kütləvi istehsala keçəcəyini açıqlayıb. 

© copyright 2022 | tech.az | info@tech.az