Az | EN

Clubhouse işçilərinin yarısından çoxunu işdən çıxarmaq qərarı alıb

Nail Valiyev
29 Aprel 2023 17:12
393 baxış
Clubhouse işçilərinin yarısından çoxunu işdən çıxarmaq qərarı alıb

Clubhouse tətbiqinin yaradıcıları Paul Davison və Rohan Set, işçilərin yarıdan çoxu ilə yollarını ayıracağını açıqlayıb.

Açıqlamada bildirilib ki, Clubhouse-un aktiv şəkildə istifadə olunması, insanların gündəlik həyatlarında yerinin olması üçün məhsul təkamül etməlidir və bunun üçün də müəyyən dəyişiklikliklərin edilməsi vacibdir. 

Davison və Set şirkətin işçilərinin hazırkı sayı ilə bu dəyişikliyin mümkün olmadığını qeyd ediblər. Komandalar arasındakı ünsiyyətin çətinliyinə diqqət çəkilərkən, hər bir məhsulun fərqli bir komanda tərəfindən idarə olunmasının sürətli dəyişikliyi daha da çətinləşdirdiyi bildirilib. Onlar düşünür ki, daha kiçik, “məhsul yönümlü” komanda ilə bu problemlər daha asanlıqla həllini tapacaq.

Davison və Setin çıxışı bu ifadələrlə tamamlanıb: “Bizim Clubhouse 2.0-ın necə görünəcəyi ilə bağlı aydın təsəvvürümüz var və inanırıq ki, biz daha kiçik komanda ilə düzgün məhsulu yarada bilərik.”

© copyright 2022 | tech.az | info@tech.az