Coca-Cola "Zero Sugar Byte" adlı içkisini Fortnite-da Pixel Point adlı xüsusi yaradılmış adada oyunçulara təqdim edilib. İçkinin ABŞ-da mayın 2-də satışa çıxarılması planlaşdırılır. Əldə olunan məlumatlara görə, Pixel Point ziyarət edən istifadəçilər Coca-cola temalı oyunlar oynayacaqlar. Qeyd edək ki, Coca-Cola ilk dəfə NFT-ni keçən ilin may ayında təqdim etmişdi. NFT satışından 575000 dollardan çox əldə edilmiş gəlir əqli və fiziki qüsurları olan uşaqlar və böyüklər üçün idman tədbirləri təşkil edən Xüsusi Olimpiadaya bağışlanmışdı. Qeyd edək ki, şirkət yeni içkisini "piksellərin ləzzəti" kimi təsvir edir.