Az | EN

DeepSeek istifadəçilərin şəxi məlumatlarını sızdırdı

Nigar Sultanli
31 Yanvar 2025 11:20
184 baxış
DeepSeek istifadəçilərin şəxi məlumatlarını sızdırdı

“DeepSeek”in açıq internet üzərindən istifadəçilərinin söhbət tarixçələri və API açarları kimi şəxsi məlumatları sızdıran bir verilənlər bazası olduğu üzə çıxıb. Məlum olub ki, verilənlər bazası parolla qorunmamış vəziyyətdə olub. Yəni, internetdə hər kəsə bir milyondan çox şifrələnməmiş istifadəçi söhbətinə və məlumatlara giriş imkanı edə bilirmiş. Bulud təhlükəsizliyi şirkəti Wiz-in tədqiqatçıları, bu verilənlər bazasını tapdıqlarını və dərhal DeepSeek-ə xəbərdarlıq etdiklərini bildiriblər. Məlumata görə, ifşa olunmuş söhbətlər əsasən Çin dilində olub və asanlıqla tərcümə oluna bilib.

Wiz tərəfindən edilən müdaxilə nəticəsində verilənlər bazasının oflayn vəziyyətə gətirildiyi bildirilsə də, verilənlər bazasının nə qədər ifşa olunduğu barədə ətraflı məlumat verilməyib. DeepSeek məsələyə dair sorğulara cavab verməyib.

© copyright 2022 | tech.az | info@tech.az