Az | EN

Deezer 1.1 milyon dollar dəyərləndirmə ilə ictimaiyyətə açılır

Cəmil Hüseynzadə
20 Aprel 2022 13:30
129 baxış
Deezer 1.1 milyon dollar dəyərləndirmə ilə ictimaiyyətə açılır

Deezer Fransanın I2PO şirkəti vasitəsilə SPAC birləşməsi yolu ilə ictimaiyyətə çıxmaq niyyətində olduğu barədə yayılan xəbərləri təsdiqləyib. Şirkətlər bildiriblər ki, birləşmə Deezer üçün 1,05 milyard avro (1,13 milyard dollar) dəyər qazanmağı hədəfləyir. Onlar həmçinin Deezer-in biznesi ilə bağlı bəzi yeni statistikalar təqdim edərək, axın xidmətinin 2021-ci ildə 400 milyon avro (432 milyon dollar) gəlir əldə etdiyini və onun 9,6 milyon abunəçisi olduğunu açıqlayıblar. Bundan öncə 2015-ci ildə IPO vasitəsilə ictimaiyyətə çıxmağa cəhd etmişdi, amma bu cəhd uğursuz olmuşdu.

© copyright 2022 | tech.az | info@tech.az