Azərbaycan internet məkanının "Oscar"-ı hesab olunan MilliNet 2025 – Milli İnternet Mükafatı bu il də ölkənin aparıcı onlayn layihələrini bir araya gətirdi.
Artıq 20 ildən çoxdur təşkil edilən müsabiqənin bu ilki buraxılışında Div Academy "İlin rəqəmsal təhsil resursu" nominasiya üzrə qaliblərdən biri oldu.
Qeyd edək ki, yarışmanın əsas tərəfdaşları "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" və "Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti", təşkilatçısı isə "Azərbaycan İnternet Forumu" olmuşdur. Həmçinin sponsor və tərəfdaş qismində müxtəlif nüfuzlu təşkilatlar yer alır.
