Razılaşmanın əsas şərtlərindən biri şirkətin Amazon tərəfindən istehsal edilən süni intellekt çiplərindən istifadə etməsidir. Bu danışıqlar böyük texnologiya şirkətlərinin süni intellekt infrastrukturuna investisiyalarının kəskin artırdığı bir vaxta təsadüf edir.
Məsələ burasındadır ki, Amazon özünün Trainium çiplərinin Nvidia məhsullarına nisbətən qiymət-performans baxımından 30-40% daha sərfəli olduğunu iddia etsə də, real tətbiqlərdə bəzi çətinliklər mövcuddur. Məsələn, Cohere və Stability AI kimi şirkətlər bu çiplərin Nvidia H100-dən daha zəif performans göstərdiyini və gecikmələr yaşandığını bildiriblər. Hazırda OpenAI-ın AWS ilə mövcud 38 milyard dollarlıq müqaviləsi yalnız Nvidia GPU-larını əhatə edir və Amazon-un öz çiplərini daxil etmir.
Əgər bu yeni razılaşma baş tutarsa, OpenAI təkcə Nvidia-dan asılı qalmayacaq və infrastrukturunu şaxələndirəcək. Bu həm də Amazon-un çip bazarındakı mövqeyini gücləndirə və gələcəkdə istehsal ediləcək Trainium 3 və 4 modellərinin tətbiqini sürətləndirə bilər.
