Az | EN

Duolingo-nun səhmləri süni intellekt təsiriylə 20%-dən çox ucuzlaşb

Cəmil Hüseynzadə
06 Noyabr 2025 18:23
45 baxış
Duolingo-nun səhmləri süni intellekt təsiriylə 20%-dən çox ucuzlaşb

Dil öyrənmə platforması Duolingo 2025-ci ilin üçüncü rüb maliyyə nəticələrini açıqladıqdan sonra səhmləri Nasdaq birjasında premarket ticarətində 24%-dək ucuzlaşıb və təxminən 197 dollar səviyyəsinə enib.

Şirkətin gəlirləri illik müqayisədə 41% artaraq 271,7 milyon dollara çatıb. Lakin ilin sonuna qədər gözlənilən bron (booking) həcmi analitik proqnozlarından aşağı olub — 329,5–335,5 milyon dollar, halbuki bazar 344 milyon gözləyirdi. Bu göstərici investorların məyusluğuna səbəb olub.

Duolingo-nun gündəlik aktiv istifadəçi sayı 36% artaraq 50,5 milyona, aylıq aktiv istifadəçi sayı isə 135,3 milyona çatıb. Pullu abunəçilərin sayı da 11,5 milyon olub — ötən illə müqayisədə 34% artım.

Şirkət qeyd edib ki, gələcəkdə əsas diqqət monetizasiyadan çox tədris keyfiyyətinə yönələcək. Duolingo həmçinin süni intellekt alətlərinin inkişafına sərmayə qoyur, lakin bəzi investorlar rəqib Aİ platformalarının şirkətin artım tempinə təsir edə biləcəyindən narahatdır.

© copyright 2022 | tech.az | info@tech.az