TikTok-un ABŞ-da bloklanacağı xəbəri Duolingo-ya marağı artırdı
ABŞ-da TikTok-un 19 yanvar tarixində bloklanacağı xəbəri istifadəçiləri yeni alternativlər axtarmağa vadar etdi. İstifadəçilərin diqqəti Çin mənşəli TikTok analoqu RedNote-a yönəldi. Lakin problem ondadır ki, RedNote-un interfeysi ingilis dilinə uyğunlaşdırılmayıb. Bu səbəbdən amerikalılar kütləvi şəkildə Çin dilini öyrənməyə başlayıblar.
Duolingo tətbiqi bu tendensiyadan faydalanaraq ABŞ-da istifadəçi aktivliyində 216% artım qeydə alıb. Çin istifadəçiləri isə amerikalılardan bu vəziyyətdən yararlanaraq ingilis dilində tapşırıqlarını yerinə yetirmək üçün istifadə edir və "yeni gələnlərdən" maraqlı bir tələblə – öz ev heyvanlarının fotosunu paylaşmaqla “vergi” ödəmələrini istəyirlər.
Duolingo isə vəziyyətlə bağlı yumorla reaksiya verib: “Deməli, İNDİ mandarin öyrənirsiniz?”, – deyə platformanın rəsmi hesabı X sosial şəbəkəsində yazıb.
Hazırda Duolingo ABŞ AppStore-da ən populyar pulsuz tətbiqlər siyahısında 16-cı yerə yüksəlib.