Az | EN

Dynamic Box Studio ilə ödənişsiz Unreal Engine üzrə təlimlər başlayır!

Cəmil Hüseynzadə
21 Sentyabr 2023 10:02
1139 baxış
Dynamic Box Studio ilə ödənişsiz Unreal Engine üzrə təlimlər başlayır!

Dynamic Box Studio-nun təşəbbüsü ilə Azərbaycanda Unreal Engine üzrə peşəkar təlimə start verilir.

Təlimlər Epic Games tərəfindən veriləcəkdir. İlgilis dilində tədris ediləcək təlimlərdə əsas üstünlük oyun mühərriki (Unity, Godot və s.) və ya 3D modelləmə proqramlarında (Blender, Maya və s.) iş praktikası olanlara veriləcək. Təlim 16 həftə çəkəcək (həftədə 3 gün, gündə 2 saat), müvəffəqiyyətlə bitirənlərə Epic Games tərəfindən sertifikat veriləcək. Yekunda uğurla bitirən şəxslər proqramçı və ya mentor olaraq Dynamic Box Studio-suna qoşulma şansı qazanacaqlar.

Qoşulmaq üçün portfolio və resume-lərinizi [email protected] mailinə göndərməyiniz xahiş olunur.

© copyright 2022 | tech.az | info@tech.az