Az | EN

Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyinedilib

Cəmil Hüseynzadə
25 Dekabr 2025 12:54
34 baxış
Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyinedilib

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elviz İsmayılov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) elm və innovasiya məsələləri üzrəprorektoru vəzifəsinə təyin olunub.

Elviz İsmayılov 1983-cü ildə Ermənistan SSR-in Kalinin rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta təhsilini Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə başa vurub. Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) “Tətbiqi riyaziyyat” ixtisasına qəbul olunub və 2004-cü ildə bakalavrpilləsini bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının “İnformatika” ixtisası üzrəmagistraturaya qəbul olunub və 2006-cı ildə magistrdərəcəsi alıb.

2006-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında“Sistemli analiz, informasiya emalı və idarəetmə” ixtisası üzrə aspiranturada təhsilini davam etdirib.

Əmək fəaliyyətinə akademik sahədə başlayan Elviz İsmayılov 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Akademiyasının “İqtisadiyyat və təbiət elmləri” kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2018-ci ildə ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında assistent vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmidərəcəsinə layiq görülüb.

2019–2024-cü illərdə ADNSU-nun Yüksək Performanslı Hesablama (HPC) mərkəzində elmimedia və dizayn işləri üzrə icraçı kimi fəaliyyət göstərib. 2024-cü ildən etibarən isə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışır.

2019–2025-ci illərdə ADNSU-nun Tələbə Elmi Cəmiyyətlər Şurasının sədri olub və bu müddət ərzindəuniversitet daxilində 6 respublika elmi konfransınıntəşkilinə rəhbərlik edib.

Elviz İsmayılov süni intellekt və yüksək performanslı hesablama (HPC) sahələrində 30-dan artıq elmi əsərin, o cümlədən 1 kitabın müəllifidir. Onun 10 məqaləsi Scopus elmmetrik bazasına daxiledilib. Bu istiqamətlər üzrə xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda məruzələrləçıxış edib. Ümumilikdə 50-dən çox yerli startap komandasına mentorluq edib, bir sıra hakatonların təşkilatçısı olub.

O, 2020-ci ildə ADNSU-nun “Azərbaycan DövlətNeft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalıı ilə, həmçinin Azərbaycan Respublikasının elm və təhsilnaziri tərəfindən Fəxri Fərmanla təltif olunub.

© copyright 2022 | tech.az | info@tech.az