YouTube 2025-ci ilə dair trendlər hesabatını yayımlayıb. Hesabatda platformada regionlar üzrə ən populyar məzmun istiqamətləri, istifadəçi davranışları və xüsusilə Shorts formatında istifadə edilən musiqilər diqqət mərkəzindədir.
Hesabatın ən maraqlı məqamlarından biri “JONY, EMIN – Камин” mahnısının YouTube Shorts videolarında ən çox istifadə edilən musiqilər siyahısında ikinci yerə yüksəlməsidir. Mərkəzi Şərq və Şimali Afrika (MENA) regionlarında musiqi kontentinin xüsusi populyarlığı da bu siyahıya təsir edən əsas faktorlardandır.

Qeyd edək ki, “Камин” trek-i 2020-ci ildə YouTube-a yüklənib və hazırda 234 milyon baxış toplamış vəziyyətdədir. Bu da onun illərdir davam edən sabit populyarlığının göstəricisi kimi qiymətləndirilir.
YouTube-un 2025 hesabatı qısa video formatlarının və musiqi yönümlü kontentin qlobal platformada artan rolunu bir daha təsdiqləyir.
