Az | EN

Epic Games daha bir oyunu ödənişsiz edib

Səbinə Eyvazova
07 İyul 2023 13:38
253 baxış
Epic Games daha bir oyunu ödənişsiz edib

Epic Games Store uzun müddətdir ki, oyunları ödənişsiz olaraq təqdim edir. Bu yolla oyunçuların sevgisini qazanan platforma indiyə qədər milyonlarla yeni qeydiyyatdan keçmiş istifadəçi qazanıb. 

Epic Games Store son aylarda ödənişsiz payladığı oyunların keyfiyyətinin aşağı olması səbəbindən oyunçular tərəfindən tənqid edilib. Şirkət bu həftə məşhur aksiyon RPG oyunu GRIME-ni ödənişsiz edib. Oyunu 13 iyul saat 18:00-a qədər heç bir ödəniş etmədən Epic Games kitabxananıza əlavə edə bilərsiniz.

GRIME-ı ödənişsiz əldə etmək üçün əvvəlcə Epic Games vebsaytında və ya masaüstü proqramında hesabınıza daxil olub onu səbətinizə əlavə edərək alış prosesini tamamlaya bilərsiniz. 

© copyright 2022 | tech.az | info@tech.az